SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Cavanşir Məmmədovla aparıcı Lalə Azərtaş arasında gərgin anlar yaşanıb.

BAKU.WS xəbər verir ki, buna səbəb müğənninin birbaşa canlı efirə çıxaraq aparıcının ünvanına ittihamlar səsləndirməsi olub. İfaçı keçmiş kürəkəni Kemal Mustafanın "Təsir dairəsi" verilişinə kiminsə tapşırığı ilə çıxdığını deyib:

"Mən bilirəm sizə kim deyib onu efirə çıxardın. Bura aylarla gələn var efirə çıxa bilmir, Kamal 15 dəqiqənin içində efirə çıxıb? Yazıqlar gəlib oturur. Qapıdan girəndə nə qədər adam üstümə qaçır ki, Lalə xanıma deyin məni efirə çıxartsın".

Aparıcı isə ona, "Mədəniyyətimi qoruyuramsa, bu çərçivədə danışacağıq. Elə edəcəksiniz ki, otaqda dediklərinizin səs yazısını yayımlayım. Qızınız və siz verilişdən sonra otağa gəlib dediniz ki, mövzu bağlansın. Allah bilir ki, heç kimin sözü ilə insanlara qapı açmıram. Heç kimin zəngi ilə də mövzu bağlamıram. Bizim verilişə kim gəlib çıxa bilməyib? Adam 2 ay içində məktub yazıb. Kim olduğunu bilmirdim. Bilsəydim də çağırardım", - cavabını verib.

Xatırladaq ki, Cavanşir Məmmədovun keçmiş türk kürəkəni 350 min dollarının sənətçi və qızı tərəfindən mənimsənildiyini bildirərək kömək üçün "Təsir dairəsi" verilişinə müraciət edib.

Ətraflı videoda:

BAKU.WS
VİDEO