SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın bölgələrində demoqrafik qocalmanın miqyası çox fərqlidir.

Bəzi yerli iqtisadçı ekspertlər iddia edirlər ki, pensiya yaşından yuxarı əhalinin ümumi əhaliyə nisbəti Yardımlıda 6,5 faiz, Saatlı və Cəlilabadda 7 faiz, Biləsuvarda 7,5 faiz təşkil edir.

Bu göstərici Qazax, Qax, Gədəbəy, Zaqatala kimi rayonlarda 11-11,5 faiz təşkil edir.

Azərbaycanın bölgələri arasında kəskin qocalma fərqi də yetəri qədər diqqətçəkəndir. Mütləq rəqəmlər üzərindən baxdıqda 57 min nəfərlik Qaxda 7 min, 111 min nəfərlik Saatlıda isə 7,8 min pensiya yaşından yuxarı əhali var.

“Əslində, gerçək rəqəmlər üzərindən bölgələrin sağlamlıq və orta yaş xəritəsinin hazırlanması son dərəcə vacibdir. Ölkədə statistika yanaşması yetəri qədər açıq olmadığı üçün bölgələrlə bağlı ən vacib və sadə məlumatları belə tapmaq mümkün deyil.

Hətta əhalinin sayını belə dəqiq bilmək üçün min cür dolayı üsullara əl atmağa məcbur qalırıq”, - deyə ekspertlər qeyd edirlər.

Ətraflı BAKU.TV-nin videosunu təqdim edirik:

BAKU.WS
VİDEO