SİZİN REKLAM BURADA!
055 213 76 73


İki gün öncə Xırdalan şəhərində 2006-cı il təvəllüdlü Elşən İslamov imtahanda az bal topladığına görə intihar etmişdi.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, özünə qəsd edən yeniyetmənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Xatırladaq ki, E.İslamov şəhərin Heydər Əliyev prospektində yerləşən 12 mərtəbəli binanın 8-ci mərtəbəsindən özünü atıb. O, hadisə yerində vəfat edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, o, orta məktəbin 11-ci sinif şagirdi olub və bir neçə gün əvvəl buraxılış imtahanı verib. İmtahanın nəticələri açıqlanarkən gözlədiyindən az bal toplayıb. Daha sonra o, həyatına qəsd edib.

Sözügedən görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO