SİZİN REKLAM BURADA!
055 213 76 73


Qafqazda ən hündür minarəsi olan məscid Balakəndə yerləşir.

Belə ki, unikal abidənin 200 ilə yaxın yaşı var.

Rayon ərazisində yerləşən Pəri qalası, Nur məbəd, Katex gözətçi qüllələri ilə yanaşı, Qafqazın ən uca minarəli məscidi də respublika əhəmiyyətli memarlıq abidəsidir.

Ən hündür minarəsi olan məscid 1867-1877-ci illərdə tikilib. Məscidin tikintisinə Qax rayonunun İlisu kəndindən olan usta başlasa da, onun ölümündən sonra minarənin inşasını ustanın şagirdləri başa çatdırıblar. Yerli sakinlər isə minarənin balakənlilər tərəfindən inşa edildiyini deyirlər.
Məscidin minarəsinin uzunluğu 45, eni isə 23 metrdir. Məscidin binası çay daşından, minarəsi isə bişmiş kərpicdən inşa edilib. Tikintidə əhəng və yumurta sarısından istifadə olunub ki, bu da indiyə qədər hündür minarənin dayanıqlı qalmasına kömək edib.

Daha ətraflı BAKU.TV-nin süjetində:

BAKU.WS
VİDEO