SİZİN REKLAM BURADA!
055 213 76 73


Mərhum Xalq artisti Ramiz Novruzun həyat yoldaşı və övladları onun ölümündən 40 gün sonra instaqramda canlı yayıma girərək onlara ünvanlanan suallara cavab veriblər.

BAKU.WS xəbər verir ki, aktyorun stilist qızı Şəfəq Novruzova atası ilə vida mərasiminin Akademik Milli Dram Teatrında keçirilməməsindən danışıb. Oğlu Cavidan Novruz isə bunun səbəbini açıqlayıb:

"O şəkildə vida edilməsi bizə bəs etdi. Bəzi öz mənafeyini güdənlər Ramiz Novruzun ailəsi kənarda qalıb, özləri danışır. Teatrdan götürülməməsinin səbəbini açıqlayım. O teatrın aktyoruyam, bundan əvvəl də dünyasını dəyişən sənət adamları oldu, teatrdan götürülmədi. Pandemiya ərəfəsində buna qadağa qoyulub. Biz o tərəfləri düşünmürük. Atamızın cənazəsinin bu cür adına layiq yola salınması bizə bəs etdi".

Xatırladaq ki, Ramiz Novruz fevralın 21-də xərçəng xəstəliyindən vəfat edib. Xalq artisti “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

BAKU.WS
VİDEO