SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ötən gün Ermənistanın paytaxtı İrəvanda Aşura mərasimi keçirilib.

AzVision.az xəbər verir ki, paytaxtda Göy məsciddə keçirilən mərasimə İran vətəndaşları qatılıb. İranlılar Göy məscidin həyətinə toplaşaraq sinə döyüb, mərsiyə deyiblər.

Qeyd edək ki, ötən ilin dekabr ayında Ermənistan hökumətinin qəbul etdiyi qərara əsasən İrəvanda Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Göy Məscid (1766-cı il) və onun ətrafında olan torpaq sahəsi Ermənistanın mülkiyyəti elan olunub və Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Abidə özəlləşdirilməsi qadağan olunan tarixi və mədəni daşınmaz abidələr üzrə dövlət reystrinə daxil edilib. 

Dövlət reystrindən keçdikdən sonra Ermənistan və İranın bu ölkədəki səfirliyi arasında müqavilə imzalanıb və sənədə əsasən abidənin hüquqları 99 illiyinə İran İslam Respublikasına keçib. 
 
BAKU.WS