SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi axşam Azərbaycana işgüzar səfərə gəlib.

Nazirin Bakıda ölkə başçısı tərəfindən qəbul ediləcəyi, həmçinin azərbaycanlı həmkarı Ceyhun Bayramovla da danışıqlar aparacağı gözlənilir.

Qeyd edək ki, Lavrovun səfəri ötən il fevralın 22-də imzalanmış müttəfiqlik əməkdaşlığı haqqında ikitərəfli bəyannamənin birinci ildönümünə təsadüf edir. O, respublika rəhbərliyi ilə görüşlər zamanı ikitərəfli məsələlərin bütün spektrini, aktual regional və beynəlxalq problemləri nəzərdən keçirəcək, həmçinin Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin həyata keçirilməsinə xüsusi diqqət yetirəcək.

BAKU.WS