SİZİN REKLAM BURADA!
055 213 76 73


Meyxanaçı Rəşad Dağlının qohumunu öldürdüyü həmkarı Ələkbər Yasamallı yeni görüntüləri ilə diqqət çəkib. 

BAKU.WS xəbər verir ki, "Tik-tok" sosial şəbəkəsində canlı yayım açan meyxanaçı Rəşadla görüşmək istədiyini deyib: 

"Rəşad da bizim evdə böyüyən uşaqdır. Onun barəsində heç nə danışmıram. Çünki mənə verəcək sualı, cavabı yoxdur. O, dörd divar arasındadır, qolu bağlıdır. Nə vaxtsa görüşəcəyik, üzbəüz gələcəyik, yəqin mənə sözü olacaq. Ya da mənim ona deyəcək sözüm olacaq. Düşmənçilik ediriksə, kişi kimi düşmənçilik edək. Bir insanın mənə cavab vermək imkanı yoxdursa, mən nə gəldi döşəyim? Bu, bizə yaraşmaz".

Xatırladaq ki, Rəşad Dağlı ötən ilin noyabrın 9-u səhər saat 5 radələrində 1979-cü il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

BAKU.WS
VİDEO