SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstan, Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə “Qafqaz Qartalı 2022” üçtərəfli səhra taktiki təliminin açılış mərasimi keçirilib.

BAKU.WS-in məlumatına görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Mayor Gela Çedia adına Muxrovani xüsusi məqsədli təlim mərkəzində baş tutmuş açılış mərasimində əvvəlcə hər üç ölkənin dövlət himni səsləndirilib.

Tədbirdə Gürcüstan Müdafiə Qüvvələrinin komandanının müavini, briqada generalı İrakli Çiçinadze, Gürcüstan Xüsusi Əməliyyatlar Qüvvələrinin komandanı polkovnik Teymuraz Klateişvili, həmçinin Azərbaycanın Gürcüstandakı hərbi attaşesi polkovnik-leytenant Fuad İbrahimov, Türkiyənin Gürcüstandakı hərbi attaşesi polkovnik Burak Altıner və digər rəsmi şəxslər iştirak ediblər.

Təlimin məqsədi Gürcüstan, Azərbaycan və Türkiyə Müdafiə Qüvvələrinin xüsusi əməliyyat bölmələri tərəfindən xüsusi təyinatlıların imkanlarının sinxronlaşdırılması və əlaqələndirilməsinin dərinləşdirilməsi, təcrübə mübadiləsi, qarşılıqlı fəaliyyətin artırılması və çoxmillətli şəraitdə idarəetmə və idarəetmənin təkmilləşdirilməsidir. “Qafqaz Qartalı 2022” təlimində iştirak edən xüsusi təyinatlı qruplar yanğın və tibbi hazırlıq, məskunlaşan ərazidə döyüş və xüsusi əməliyyatların aparılması təcrübələrini bölüşəcəklər.

Qeyd edək ki, Gürcüstan, Azərbaycan və Türkiyə xüsusi təyinatlı qüvvələrinin üçtərəfli “Qafqaz Qartalı 2022” təlimi hər üç ölkədə rotasiya prinsipi ilə hər il keçirilir. Ötən il təlimə Türkiyə Cümhuriyyəti ev sahibliyi edib.

BAKU.WS
VİDEO

QALEREYA