SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəzər TV-in “Təsir dairəsi” layihəsində işıqlandırılan müəmmalı ölümlə bağlı şahid ifadəsi səslənib.

Xatırladaq ki, 2 uşaq anası, 22 yaşlı Elnarə Ağalizadənin müəmmalı ölümü ilə bağlı onun ailə üzvləri mərhumun özünü asmadığını, asıldığını iddia edirlər.

3 aydır layihənin gündəmində olan hadisədə mərhumla bağlı araşdırmalar aparılıb. Hadisə yerindən videoçəkilişlər edilmişdi.

Bu gün isə 6 aydır qorxduğu üçün susan kənd sakini Elnarənin hadisə baş verən gün heyat yoldasi  və qayınanası tərəfindən döyüldüyünü gördüyünü etiraf edib.

Lalə Azərtaşın efirində cinayəti görən şahid danışdı. O 22 yaşlı Elnarənin qaynanası və həyat yoldaşı tərəfindən döyüldüyün şahidi olub.

BAKU.WS
VİDEO