SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Çində G20 sammitində iştirak çərçivəsində görüşüb.
 
BAKU.WS-in məlumatına görə, görüş zamanı maraqlı hadisə baş verib. Belə ki, Türkiyə prezidenti həmkarını heyətlə tanış edərkən Putin zarafat edib.
 
Ərdoğan geniş heyətlə görüşə gəldiklərini bildirib. Prezident "Bir çox nazirlə yanaşı, MİT (Milli İstihbarat Teşkilatı)  müsteşarımız Hakan Fidan da buradadır" deyə bildirib. Ərdoğanın bu sözlərindən sonra Putin "Kəşfiyyat şefi burada olduğuna görə danışacaq bir şeyimiz qalmır. O sizə onsuz da hər şeyi izah edib" deyə söyləyib.
 
Putinin sözlərindən sonra Fidanın gülümsədiyi diqqətlərdən qaçmayıb. 

Şahin Həbibov
BAKU.WS