SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Hərbi Hava və Dəniz qüvvələrinin qatıldığı “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təlimləri başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyənin Konya şəhərində təşkil edilən beynəlxalq taktiki uçuş təlimlərində Azərbaycanı “Su-25” və “MiQ-29” qırıcı təyyarələri təmsil edəcəklər.

Qeyd edək ki, təlimlər iyunun 20-dən iyulun 1-dək davam edəcək.

BAKU.WS