VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bu günlərdə havaların çox isti keçməsi açıq havada və ya qapalı məkanlarda, ancaq isti şəraitdə çalışanların işlərinin çətinliyini gündəmə gətirir. Əməkdaşlarımız onlardan bir neçəsinin iş şəraiti ilə elə iş başındaca maraqlanıblar. Dövlət əmək müfəttişliyi xidməti isə işəgötürənlərə xəbərdarlıq məktubu göndərib. Hərarət 41 dərəcəni keçərsə, açıq hava altında işlər dayandırılmalıdır. Bu qaydanı pozan işəgötürənlər isə cərimə olunacaqlar.

Onlar havanın hərarətinin yüksək olmasına baxmayaraq, iş başındadırlar. Hətta elələri də var ki, bu istidə onların iş şəraiti daha ağır olur. Məsələn, dönərçi kimi.

İşçilər bu istidə işləməyə öyrəşdiklərini desələr də, qanun birmənalı şəkildə bunu qadağan edir. Belə ki, əmək məcəlləsinin 233-cü maddəsinə əsasən, havanın temperaturu 41 dərəcəni keçdikdə açıq hava şəraitində olan bütün işlər dayandırılmalıdır.

Dövlət Əmək Müfəttişliyinin sektor müdiri Emil Allahverdiyev deyir ki, hava proqnozu ilə bağlı məlumatlar mütəmadi şəkildə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən götürülür və buna uyğun işəgötürənlərə xəbərdarlıq məktubları göndərilir. Əgər əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilərsə, o zaman işəgötürən barəsində inzibati qaydada cərimə tətbiq edilir.

Qeyd edək ki, havanın temperaturunun işin dayandırılmasına rəvac verib-vermədiyinə yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqladığı proqnozlar əsasında qərar verilir. Rəsmi proqnozlarda isə, bu gün üçün Bakı və Abşeron yarımadasında 35-38 dərəcə isti göstərilib ki, bu da əmək məcəlləsində nəzərdə tutulan həddən aşağıdır.
 
BAKU.WS