SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda keçiriləcək "Teknofest" festivalında iştirak üçün Azərbaycana gələn “Baykar Texnologiya”nın rəhbəri Səlcuq Bayraktar Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiG-29 qırıcı təyyarəsi ilə uçub.

BAKU.WS xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Uçuş zamanı pilot, polkovnik Zaur Rüstəmov onu müşayiət edib.

"İlk dəfə Can Azərbaycan səmasında döyüş təyyarəsi ilə uçmaq qismət oldu", - deyə Bayraktar paylaşımında qeyd edib.

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.

BAKU.WS