VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhərində çirkab sularının Xəzər dənizinə axıdılması ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyəti açıqlama yayıb. 

Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı BAKU.WS-ə bildirib ki, Xəzərə axıdılan çirkab suları deyil:

"Həmin ərazidə bu gün dənizə tullantı su axıdılmır. Bu cür suların qarşısı 6-7 il əvvəl alınıb. Bütün tullantı su xətləri Bayıl, Bibiheybət və Lökbatan kollektoruna birləşdirilib. Bu gün də oradan kənarlaşdırılır. Bu sular yağış suları xətləridir və bu xəttlə axan qrunt sularıdır. Siz fikir versəniz, orada axan suyun tərkibində qırmızı rəng var. Bu da onun tərkibində kükürdün olması ilə əlaqədardır. Biz bir daha bu gün ora həm Səbail rayon su kanalı idarəsindən, həm də “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən nümayəndələrimizi göndərdik. Orada o suya baxış keçirildi. Suyun tullantı yox məhz qrunt suyu olduğu bir daha dəqiqləşdi. Həmin ərazidən Xəzərə çirkab su axıdıla bilməz".

***12:53

Bakı şəhərində çirkab suları Xəzər dənizinə axıdılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyin mətbuat katibi İradə İbrahimova BAKU.WS-ə bildirib ki, artıq məsələ barədə artıq araşdırma aparılır.


***10:11

Sosial şəbəkələrdə Xəzərə çirkli suların axıdılması ilə bağlı daha bir video yayılıb. 

BAKU.WS xəbər veri ki, bu haqda aparıcı Fira Cəlilova bildirib. O, sosial şəbəkə hesabında Səbail rayonunun Dənizkənarı Bulvar ərazisindən Xəzərə çirkab suyun axıdıldığı görüntüləri yayımlayıb:

"Bulvar ərazisində dənizin geri çəkilməsinin şahidi oluruq, xüsusilə də dənizə axıdılan çirkli sular... Bu sular əks tərəfdə olan yaşayış evləri, mehmanxanalar və restoranlardan axıdıla bilər. Bəs bizim Ekologiya və Təbii Sərvətlər Nazirliyi hara baxır ki, dənizə belə çirkli sular axıdılır?"

Qeyd edək ki, dəfələrlə sosial şəbəkələrdə müəssisələr, obyektlər tərəfindən Xəzərə çirkli suların axıdılması ilə bağlı görüntülərə rast gəlinib. 

BAKU.WS
VİDEO