SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda rayonlara verilən avtomobil seriya nömrələri mahiyyətini itirir. Belə ki, qanunvericiliyə görə vətəndaş qeydiyyatda olduğu rayondan asılı olmayaraq aldığı avtomobilin seriya nömrəsini dəyişmədən öz adına rəsmiləşdirə bilər. 

Həm də az məbləğli rüsmlar ödəməklə.

BAKU.WS xezerxeber.com-a istinadən bildirir ki, baş dövlət yol polisi idarəsinin rəsmisi Kamran Əliyev bildirib ki, sürücü qeydiyyatı dəyişmək üçün müraciət edirsə, hətta onun avtomobilinin texniki baxış müddəti bitməsə belə yenidən qeydiyyata salınmalıdır. Avtomobilin seriya nömrəsi dəyidirilmirsə, bu zaman mütləq alan və satan şəxsin razılığı olmalıdır.

Kamran Əliyevin sözlərinə görə, artıq avtomobilin seriyasına baxmaqla onun hansı rayonda qeydiyyatda olduğunu bilmək olmaz. Bunu yalnız mərkəzləşdirilmiş sistem vasitəsi ilə öyrənmək olar.

Yeni alınan avtomobillərə bu qaydalar şamil edilmir.
 
BAKU.WS