VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ilk dəfə sahibsiz heyvanların qidalanmasına dəstək məqsədi ilə “Sahibsiz heyvanların bəslənmə köşkü” adlı pilot layihə həyata keçirilir.

BAKU.WS xəbər verir ki, sahibsiz heyvanların bəslənmə köşkləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasının qarşısında qurulub.

Yerləşdirilən iki ədəd köşkdən biri qurğuya 40 qəpik ödəniş etməklə, digəri isə istifadə olunmuş plastik qablar daxil etməklə işləyir. Nəticədə heyvanlar üçün 40 qram yem alınmış olur.

BAKU.WS
VİDEO

QALEREYA