SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Adana şəhərindəki binalardan birində yanğın baş verib. 

BAKU.WS xəbər verir ki, səhər saatlarında Seyhan adlı ərazidəki binanın 6-cı mərtəbəsində yaşayan Ahmet həyat yoldaşı Pınar Kayadelenlə mübahisə etməyə başlayıb. Böyüyən mübahisə davaya çevrilib. 

Həyat yoldaşına bərk qəzəblənən Ahmet qaldıqları evə od vuraraq qaçmaq istəyib. Ana və azyşalı övladı yanan mənzilin içində qalıblar. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər ananı və qızı xilas edərək alovu söndürüblər.

Bundan sonra polis qaçmağa çalışan Ahmeti tutaraq həbs edib. Həmin vaxt mübahisəli tərəflərin qohumları da orada olub. Ahmetin qohumları onun həbs olunmasına etiraz ediblər.

BAKU.WS
VİDEO