SİZİN REKLAM BURADA!
055 213 76 73


Son günlər uşaqlar arasında şiddətli qızdırma, qusma və öskürəklə müşahidə olunan xəstəlik yayılıb. Xüsusilə koronavirusun yeni ştamlarının yayıldığı dövrdə bu hal valideynləri ciddi narahat edir.

BAKU.TV-nin əməkdaşları Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasında olublar.

Xəstəxanadan bu simptomlarla müraciət edən xeyli sayda xəstə olduğu bildirilib.

Həkim-pediatr Əkbər Quliyev bildirib ki, aparılan laborator müayinələrə əsasən demək mümkündür ki, uşaqlar arasında yayılan virus adi qrip virusudur.

“Təbii ki, aralarında nadir hallarda koronavirusa yoluxma da müşahidə edirik”, – deyə həkim qeyd edib.

Daha ətraflı BAKU.TV-nin süjetində:

BAKU.WS
VİDEO