SİZİN REKLAM BURADA!
055 213 76 73


Göyçayın kəndlərini rayon mərkəzi ilə birləşdirən Qaraməryəm-Müsüslü yolundan istifadə edən sürücülər təngə gəliblər.

Məsələ ondadır ki, adıçəkilən yol yararsız vəziyyətdədir. Sürücülərin iddiasına görə yol heç zaman təmir edilməyib.

Sürücülər deyirlər ki, bu yoldan istifadə edəndə avtomobillərinin detalları sıradan çıxır. Avtomobil Yolları Dövlət Agentliyi problemin nə zaman və necə həll ediləcəyini açıqlayıb.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Göyçayın ucqar kəndlərini rayon mərkəzi ilə birləşdirən bu əhəmiyyətli yol yararsız vəziyyətdə olduğundan sakinlərin işini çətinləşdirir.

Qaraməryəm-Müsüslü avtomobil yolu ötən əsrin 80-ci illərində istifadəyə verilib. Çala-çuxurlu, nahamar olan yol sürücüləri təngə gətirib.

Sürücülər iddia edirlər ki, sözügedən yolda uzun illərdir ki, təmir aparılmayıb.Ümümi uzunluğu 22-i km olan Qarəməryəm-Müsüslü yolunun üzərində 10 yaxın kənd var.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirdilər ki, məsələdən xəbərdardırlar.

Görünən odur ki, sakinlər təmir işləri başlayana qədər bu yoldan istifadə etmək məcburiyyətindədirlər.

BAKU.WS
VİDEO