VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxt yollarında insanlar üçün təhlükə yaradan daha bir yük maşınının görüntüləri yayılıb.  

BAKU.WS xəbər verir ki, gecə saatlarında yolda hərəkət edən yük maşınının arxa təkərlərindən biri yoxdur. Buna baxmayaraq, yük avtomobili magistral yolda digər nəqliyyat vasitələrinin sürücüləri üçün də təhlükə yaradaraq onlarla birlikdə irəliləyir.

KamAZ markalı avtomobilin bu vəziyyəti yolda olan digər sürücülərin telefon kamerası vasitəsilə anbaan görüntülənib. Videonun Dərnəgül qəsəbəsində Elit yaşayış kompleksi yaxınlığında qeydə alındığı bildirilir. 

BAKU.WS
VİDEO