SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Gürcüstanda maraqlı eksperiment keçirilib. 

BAKU.WS Azadlıq radiosuna istinadən məlumat verir ki, Anna adlı qızcığazı səliqəsiz geyimdə, üstü-başı çirkli halda küçəyə buraxıblar. İnsanlar ondan kənar durub. Uşaq itmiş təsiri bağışlasa da, onu dilənçi zənn etdikləri üçün yaxınlaşan olmayıb.
 
İkinci dəfə Anna səliqəli geyimdə həmin küçədə dayanıb. Küçədən keçən insanlar qızcığaza yaxınlaşıb, ondan valideynlərinin harda olduğunu, niyə tək dayandığını soruşublar.
 
Daha sonra isə Annanı eyni geyimlərdə - birinci səliqəsiz, çirkli, ikinci dəfə isə səliqəli geyimdə restorana göndəriblər. Restoranda da Annaya qarşı münasibət görünüşünə görə dəyişib. Səliqəsiz halda görənlər onu uzaqlaşdırmağa, çantalarını yoxlamağa başlayıblar. Səliqəli geyimdə gördükdə isə onunla söhbət ediblər. 
 
Bütün bunlardan təsirlənən Anna ağlamağa başlayıb. İnsanların belə münasibət göstərməsi onu kədərləndirib. 
 
Bu eksperiment cəmiyyətin kimsəsiz, köməyə ehtiyacı olan insanlara olan münasibətini göstərib. 
 
BAKU.WS