SİZİN REKLAM BURADA!
055 213 76 73


Pomidor turşusunda zəhərlənərək vəziyyəti ağırlaşan 10 yaşlı Aytac Mirzəyeva iki dəfə kliniki ölüm keçirib. Lakin həkimlər onu həyata qaytara biliblər. 

BAKU.WS xəbər verir ki, hadisə Füzuli rayonunda baş verib. Bu haqda "Xəzər xəbər"ə danışan Aytacın anası zəhərlənməyə səbəb olan pomidor turşusunun ev şəraitində hazırlandığını bildirib. Həmin turşunu özü də daxil olmaqla digər ailə üzvləri də istifadə edib. Yalnız qızı və həyat yoldaşı zəhərlənib:

"Pomidor turşusunu günorta yemişik. Bir gün sonra həyat yoldaşım ürəkbulanmasından şikayətləndi. Axşam tərəfi isə qızımda başladı bu simptomlar".

Aytac və atası Ricay Mirzəyev pomidor turşusundan ağır zəhərlənmə ilə Füzuli rayonundan Bakı şəhərinə gətirilib. Kliniki Tibbi Mərkəzə çatdırılan hər iki xəstəyə dərhal tibbi müdaxilə olunmasına baxmayaraq, həmin gün gecə saatlarında Ricay Mirzəyev dünyasını dəyişmişdi.

Yeniyetmənin isə vəziyyəti olduqca ağır idi. İki həftəlik mübarizədən sonra həkimlərin səyi nəticəsində Aytac süni tənəffüs aparatından ayrılıb və danışmağa başlayıb. İki dəfə kliniki ölüm keçirməsinə baxmayaraq, həkimlərimizin səyi nəticəsində o, həyata qaytarılıb.

BAKU.WS
VİDEO