VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Füzuli Beynəlxalq Hava Limanının açılışı olub.

BAKU.WS xəbər verir ki, açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı və Azərbaycan Prezidenti İlham Əliyev iştirak ediblər.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün xüsusi reyslə Füzuli Beynəlxalq Hava Limanına gəlib. Azərbaycan Prezidenti İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.

Xatırladaq ki, yanvarın 14-də Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının təməlini qoyub. Aeroportun uçuş-enmə zolağının uzunluğu 3 000 metr, eni isə 45 metrdir. Perron sahəsi 60 min kvadratmetr olan hava limanında müxtəlif növ təyyarələrin dayanacağı var. Yönəldici yolun sahəsi 6 500 kvadratmetr, aeroporta giriş yolu 5 000 kvadratmetr təşkil edir.

BAKU.WS
VİDEO