SİZİN REKLAM BURADA!
055 213 76 73


Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp xalqımızı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Bu barədə britaniyalı səfir “Twitter” hesabında paylaşım edib.

“18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycandakı dostlarımızı təbrik edirəm.

Bu il Azərbaycan müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edir və öz tarixində yeni səhifə açır. Böyük Britaniya və Azərbaycan arasında bütün sahələrdə güclü ikitərəfli münasibətlər mövcuddur.

Biz Azərbaycanın davamlı inkişafı və tərəqqisi yolunda daim onun yanındayıq!” - deyə səfir Azərbaycan dilində təbrik nitqi ilə çıxış edib.

BAKU.WS
VİDEO