SİZİN REKLAM BURADA!
055 213 76 73


Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində sürücülər avtobusu dayanacaqda saxlamır.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

BAKU.WS-in məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev "oxu.az"a bildirib ki, dayanacaqdan kənar avtobusların saxlaması qayda pozuntusudur və inzibati məsuliyyət yaradır:

“Tərəfimizdən belə hallar aşkar edildikdə İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq cərimə sanksiyası tətbiq edilir. Eyni zamanda, bu cür halların təkrarlanmaması üçün daşıyıcı şirkətlər qarşısında məsələ qaldırılır. Hər bir daşıyıcı bilməlidir ki, sürücülərin bu və digər qayda pozuntuları sonda onların özlərinin xətdən kənarlaşdırılması ilə nəticələnəcək”.

“Müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobuslar müəyyən edilən avtobus dayanacaq məntəqəsində saxlamalıdır və sərnişinləri mindirib-düşürmə prosesi də bu məntəqələrdə icra olunmalıdır. Bu həm sərnişindaşımaların təhlükəsizliyi, həm də nəqliyyat axının tənzimlənməsi baxımından mütləqdir”, - deyə, M.Ağayev qeyd edib.

Qeyd edək ki, sözügedən ərazidə bir neçə gün əvvəl beş nəfərin ölümü, 26 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS
VİDEO