SİZİN REKLAM BURADA!
055 213 76 73


“Büdcə müzakirələrində iştirak edən hökumət nümayəndələri bizim çıxışlarımıza etinadsız yanaşırlar”.

BAKU.WS “Xəzər” TV-yə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Tahir Kərimli deyib.

Millət vəkili hökumət nümayəndələrinin qaldırılan məsələlərə biganə yanaşmasını qınayıb. Deputat nazirlərin onların suallarına cavab verməməsindən də şikayətlənib:

“Uşaq pulunu həll edin deyirik, etmirsiniz! Qazın, işığın, çörəyin, benzinin qiymətini endirin deyirik, əksini edirsiniz! Bundan sonra da belə davam edirsiniz. Tarif şurası yaratmısınız, onun arxasında gizlənirsiniz, əhali də bizə şikayət edir. Məndən dəfələrlə xahiş ediblər ki, Milli Məclisdə heç bir məsələ qaldırmayım. Onsuz da hər şeyi tərsinə edirsiniz. Biz dediklərimizi etmirsiniz! Bizi saymırsınız! Siz bizim qarşımızda bu cür hesabat veririsiniz?!”

BAKU.WS
VİDEO