SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda istehsal olunun kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyasına ixracı zamanı yaranan problemlər tam aradan qaldırılıb.
 
Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, son dövrlərdə azərbaycanlı fermerlər tərəfindən istehsal edilən və Rusiya Federasiyasına ixrac olunan kənd təsərrüfatı məhsulları bu ölkənin aidiyyatı qurumları tərəfindən müxtəlif arqumentlər irəli sürülərək geri qaytarılır, ya da müvafiq labarator yoxlamalar adı altında uzun müddət sərhəddə yubadılırdı.

Fermerlərin və sahibkarların problemlərini aradan qaldırmaq məqsədilə Azərbaycan Respublkası Dövlət Gömrük Komitəsi rəhbərliyinin Rusiya Federasiyasının Federal Gömrük Xidməti ilə apardığı müzakirələrdən sonra artıq problem həllini tapıb. Beləki, iyun ayının 8-də Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsulları, əsasən də pomidor yüklü  29 vaqon, 11 yük maşını, iyunun 9-da 31 vaqon, 12 yük maşını, iyunun 10-da isə 40 vaqon, 10 yükmaşını, ümumilikdə 100 vaqon və 33 yük maşını maneəsiz şəkildə Rusiya Federasiyasına yola salınıb. 

Tərəflər arasında razılıq əldə edildikdən sonar Azərbaycan mənşəli kənd təsərrüfatı məhsullarının geri qaytarılması və ya sərhəddə yubadılması halları müşahidə olunmur.

BAKU.WS