SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ramazan ayının ilk iftarı ölkə ərazisində təntənəli şəkildə açılıb. Təzəpir məscidinin mərasim zalında artıq ənənə halını alan iftar süfrəsinə 70 nəfərə yaxın oruc tutan insanlar toplaşıb.
 
Ramazan ayı boyunca Təzəpir məscidində iftar süfrələri davam edəcək. Bu barədə Qafqaz Müsəlmanlar idarəsinin sədr müavini Hacı Fuad Nurullah ANS TV-ə müsahibəsində deyib.
 
Ramazan ayı İslam dinində böyük önəmə malikdir. Bu ay İslam dininin müqəddəs kitabı - Qurani-Kərimin nazil olduğu, dilənən diləklərin, edilən duaların qəbul olunduğu aydır. Ramazan günahların bağışlandığı, duaların qəbul edildiyi  müqəddəs günlərin ayıdır. Fəzilətinə, xeyirinə görə, İslam peyğəmbərinin 11 ayın soltanı adlandırdığı Ramazanı faydalı keçirmək vacibdir.
 
Qafqaz Müsəlmanları İdarəsi bölgə qazıları, səlahiyyətli nümayəndələr, imam və axundlardan, dindarlardan, digər mənbələrdən daxil olmuş, məzhəb və vaxt ayrıseçkiliyinə səbəb ola biləcək təqvimlərdən istifadə etməməyi tələb edib. 
 
BAKU.WS