VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Xəbər saytlarında "Bar müğənnisi bağça direktoru oldu” başlıqlı xəbər cəmiyyətdə birmənalı qarşılanmadı.Məktəbəqədər təhsil müəssisəsinə belə bir direktorun təyin olunmasını sosial şəbəkələrdə hamı qınadı.

Söhbət Abşeron rayonundakı 17 saylı uşaq bağçasının direktor postuna yeni təyin olunan Gülnar Nəbi Çingiz adlı 36 yaşlı xanımdan gedir. Hətta yeni direktorun şəkillərini, ifa etdiyi mahnıları, kliplər də yenidən gündəmə gətirildi.

Yayılan xəbərlərin nə dərəcədə həqiqət olduğunu dəqiqləşdirmək üçün yollandıq. Xırdalan şəhərindəki 17 saylı bağçaya. Məktəbəqədər təhsil müəssisəsinin giriş qapısında bir xeyli gözləyəndən sonra bizi içəri buraxdılar və direktorun yerində olmadığını söylədilər. Hətta bu xəbəri araşdırmığımıza görə bizi qınadılar da.

Məqsədimiz isə ortadaydı. Xanım direktorla görüşüb mətbuatda yayılan məlumatları dəqiqləşdirmək. Bir xeyli gözləsək də nəhayət görüş baş tutdu. Və Gülnar Nəbi adlı yeni direktor onun barəsində deyilənlərin uydurma yayılan şəkillərin bir qisminin isə ona aid olmadığını bildirdi.

Abşeron rayon İcra Hakimiyyəti isə yaranmış problemə münasibət bildirərək açıqladı ki, xanım müdirənin iki diplomu var. O, 2001-ci ildə San Marino Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan filialını Hüquqşünaslıq, Bakı Musiqi Akademiyasını isə solo oxuma üzrə bitirib.

İcra hakimiyyətində hesab edirlər ki, yeni direktorun pedaqoji  diplomu olmasa da bu onun direktor olmasına heç bir əngəl yaratmır.
 
BAKU.WS