SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tay boksu üzrə dünya çempionunun şok videosu yayılıb.
 
BAKU.WS-in məlumatına görə, Şaxbulat Şamxalayevin olduğu restoranda silahlı insident olub. Kadrlarda görünür ki, bir nəfər Mahaçqalada restorana daxil olur və tay boksu üzrə dünya çempionunun əyləşdiyi masaya silahdan atəş açır.
 
Zalda müəssisəsinin kollektivi və müştərilər olmasına baxmayaraq atışma davam edir. Bunu görən idmançı sütunun arxasında gizlənir. 

Hazırda hüquq-mühafizə orqanları silahlı hücum edənlərin şəxsiyyətini müəyyənləşdirir.
 
Qeyd edək ki, dünya çempionu atışmadan sonra yaralanıb və xəstəxanaya aparılıb. Həkimlər reanimasiya şöbəsində əməliyyat olunan idmançının bədənindən altı güllə çıxarılıb. 
 
BAKU.WS