VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bir qrup gənc "Dünya Azərbaycanlılarından İstiqlaliyyət Təbriki" adlı videoçarx hazırlayıb.

İdeyanın müəllifi və layihə rəhbəri Ayaz İlyasov BAKU.WS bildirib ki, Müsəlman Şərqində ilk demokratik respublikanın yaranmasının 98-ci ildönümünü qeyd etmək məqsədi ilə gənclər Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının əziz xatirəsinə həsr olunmuş videoçarx hazırlamaq qərarına gəliblər.

Təşkilatçı Rəşid Mustafazadənin sözlərinə görə, "Dünya Azərbaycanlılarının İstiqlaliyyət Təbriki” adlı videoçarxda ABŞ-dan, Polşadan, Böyük Britaniyadan, Cənubi Koreyadan, Çindən, Türkiyədən, Avstraliyadan, Litvadan, Cənubi Azərbaycandan və İsraildən iştirakçılar Respublika Günü münasibəti ilə Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin  "Əsrimizin Səyavuşu” əsəri və 28 may 1953-cü il tarixli çıxışından olan hissələri səsləndirdilər. 

Xatırladaq ki, ötən ilin sonunda da gənclər "Rəsulzadənin Gənclərə Xitabı" adlı video təqdim etmişdilər. Çarxda bir qrup gənc işarət dilində Rəsulzadənin sözlərini ifa söyləmişdilər.

BAKU.WS