VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Əhali, əməkhaqqısının  təxminən 50 %-ini  yeməyə, içkiyə və siqaretə xərcləyir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 112 manatlıq ərzaq ,içki və  tutun məmulatları  alıb. Bu da o deməkdir ki, əhalinın maşının 50,5%-i bu  xərclərə  gedib.

Dəblə geyinmək istəyi də xərcləri artırır. 17,2%-lik göstərici ilə geyim və ayaqqabıya təlabat statistikada ikinci yerdə qərarlaşır. Məişət avadanlığı və elektron cihazlara isə  maraq böyükdür. Əmək haqqının 7,4 %-i elektrik malları və mebelin alınmasına sərf olunur.

Pulun 5,7%-i isə avtomobil yanacağının payına düşür. Bu isə  o deməkdir  ki,əhalinin orta  aylıq  gəlirlərindən  30 manat bu istiqamətdə xərclənir. Əhali tərəfindən əczaçılıq və tibbi malların alınmasına 1,3% ayrılır.

Statistikaya görə, maaşın 17,9%-i qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.  
 
BAKU.WS