SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda Ramazan münasibətilə bayram namazı qılınıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bayram namazı "Təzəpir" məscidində başlanıb.

Bayramı namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.

Xatırladaq ki, QMİ Qazılar Şurasının fətvasına əsasən, Ramazan ayı bu il Azərbaycanda miladi təqvimlə aprelin 14-də başlayıb. Eydül-Fitr (Fitr bayramı) isə miladi təqvimlə mayın 13-nə təsadüf edir.

Bu gün "Əjdərbəy" məscidində də bayram namazı təşkil edilib.

Bundan başqa, bu gün səhər Şuşa şəhərinin Yuxarı Gövhər Ağa məscidində də bayram namazı qılınıb.

BAKU.WS
VİDEO

QALEREYA