SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gündən başlayaraq ölkə ərazisində fasiləsiz qar yağmağa başlayıb. Yağıntı daha çox ucqar dağ kəndlərində müşahidə olunub.

Cəlilabad rayon mərkəzində qarın hündürlüyü 5 sm, Ləkin, Musalı, Şatırlı, Zəhmətabad və Buravar yaşayış məntəqələrində isə 3-15 sm-ə çatıb.

Fasiləsiz yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkətində çətinliklər törədib.

Eyni zamanda bəzi kəndlərdə elektrik naqillərində yaranan nasazlıq səbəbi ilə elektrik təchizatında fasilələr yaranıb.

Cəlilabadla yanaşı Qaxda da qar problemlər yaradıb, yollar iflic olub.

Daha ətraflı BAKU.TV-nin süjetlərini təqdim edirik:

BAKU.WS
VİDEO