SİZİN REKLAM BURADA!
055 213 76 73


Pirşağı çimərliyinin köpüyə qərq olmasının səbəbi məlum olub.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, 2000-ci ildə Zabrat-Kürdəxanı yolunu su basıb.

Bundan sonra “Azərsu” ASC və yerli icra hakimiyyəti Zabrat-Məhəmmədi gölünün səviyyəsinin tənzimlənməsi üçün göldən birbaşa dənizə xətt çəkib.

Bu xətt vasitəsi ilə Zabrat-Məhəmmədi gölünün səviyyəsi tənzimlənməliydi. Onun səviyyəsi tənzimlənməyinə tənzimlənir, lakin kanalizasiya sularının təmizlənmədən Pirşağı dənizinə axıdılması yeni problemə yol açıb.

Bakının Sabunçu rayonunda yerləşən Pirşağı qəsəbəsində çirkab sularının Xəzər dənizinə axıdılması ilə bağlı görüntülərə aydınlıq gətirilib.

Məsələni araşdıran BAKU.TV komandasına bildirilib ki, 2000-ci ildə Zabrat-Kürdəxanı magistral yolunu su basır və bundan sonra “Azərsu” ASC və yerli icra hakimiyyəti Zabrat gölünün səviyyəsinin tənzimlənməsi üçün göldən birbaşa dənizə xətt çəkib.

Bu xətt vasitəsilə Zabrat gölünün səviyyəsi tənzimlənir. Amma kanalizasiya sularının təmizlənmədən Pirşaği dənizinə axıdılması yeni bir problemə yol açır.

Dövlət Ekoloji Təhlükəsizlik xidmətinin rəis müavini Ramal Bağırov BAKU.TV-yə bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2007-ci ildən başlayaraq əraziyə 17 ədəd modul tipli çirkab su təmizləyici qurğu quraşdırılıb.

Eyni zamanda “Azərsu” ASC tərəfindən də müvafiq işlər aparılıb:

“Təəssüf ki bu problem qalmaqdadır. Səbəbsə mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmamasıdır. Qeyd edim ki, bu axar 2000-ci ildən çəkilib. 21 il ərzində bu axar üzərində mütəmadi olaraq monitorinq keçirilib, analizlər götürülüb, tədqiqatlar aparılıb. Nəticə olaraq müəyyən edilib ki, bu suda fekal tərkibli çirkab sular mövcuddur. Bununla bağlı yerli icra orqanlarına və “Azərsu” ASC-yə məlumat verilib”.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin rəsmisi Şöhrət Süleymanov BAKU.TV-yə bildirib ki, bu ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyil: “Abşeron yarımadasının master planına uyğun olaraq Pirşağı hövzəsi üzrə müasir standartlara uyğun bioloji tullantı su təmizləyici qurğusunun inşası aparılıb. Hazırda tamamlanma işləri aparılır”.

Bununla bağlı BAKU.TV xüsusi reportaj hazırlayıb. Həmin reportajı təqdim eidrik:

BAKU.WS
VİDEO