SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Son dövrlər dollar manat qarşısında zəifləyir. İqtisadçılar bunu ABŞ valyutasına tələbin azalması ilə izah edirlər. Bəs dolların ucuzlaşması xaricdən idxal olunan məhsulların qiymətinə təsir edirmi?

Əgər mart ayında 1 dollar təxminən 1 manat 70 qəpiyə satılırdısa, hazırda 1 manat 47 qəpiyədir.

Müəyyən müddət kütləvi şəkildə dollar alan əhali, sahibkarlar və banklar artıq cari xərclərini ödəmək üçün bu valyutanı manata çevirirlər. Nəticədə manatın dəyəri artır.

Dolların ucuzlaşması xaricdən idxal olunan məhsulların qiymətinə təsir etməlidir. Necə ki, bahalaşarkən həmin məhsulların qiymətinin artmasına səbəb olmuşdu. Ancaq hələlik bu təsir özünü göstərmir.

İqtisadçılar hazırki qiymətlərin reallığı əks etdirmədiyini bildirirlər.

Ekspertlər manatın məzənnəsinin dollar nəzərən möhkəmlənməsinin davam edəcəyini proqnozlaşdırırlar.

BAKU.WS