SİZİN REKLAM BURADA!
055 213 76 73


Erməni işğalından azad edilən Qubadlı sakinləri bu hadisənin sevincini yaşayırlar.

BAKU.WS xəbər verir ki, BAKU.TV-nin əməkdaşları ilə söhbətdə onlar 27 ildir unuda bilmədikləri erməni vəhşiliyindən danışıblar.

Rəşadətli Ordumuz sayəsində 25 oktyabr Qubadlı tarixinə zəfər günü kimi əbədi həkk olundu. 28 ildir, məcburi köçkün həyatı yaşayan Əhmədovlar ailəsi bu gün Qubadlının azad olunması xəbərinə sevinir.

Raya xanım danışır ki, ermənilər onun gözü qarşısında bacı və qardaşlarına işgəncələr veriblər. Bütün bacı-qardaşlarını amansızlıqla öldürən ermənilər Raya xanıma da acımayıblar. Ermənilərin onun əlinə açdığı atəş artıq 28 ildir ki, onun həyatında iz qoyub.

Əhmədovlar ailəsinin başçısı Bəşir kişi isə son nəfəsinə qədər Qubadlının həsrəti ilə yaşayıb. Lakin ona Qubadlını görmək qismət olmayıb.

Bu gün Bəşir kişinin vəsiyyətini yerinə yetirmək arzusunda olan ailə Qubadlıya qayıtmaq üçün günləri sayır. Böyük qayıdışa isə çox az qalıb.

BAKU.WS
VİDEO