VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda evakuator avtomobili sürüyə-sürüyə aparıb. Görüntülər bir neçə gün əvvəl paytaxtın Nəsimi rayonu Səməd Vurğun küçəsində lentə alınıb.
 
Dayanma durma qaydasını pozan sürücünün "Mercedes" markalı, 10 LP 445 dövlət nömrə nişanlı avtomobilini Dövlət Yol Polisinin evakuatoru cərimə meydançasına aparıb. Amma evakuatorun heyəti heç bir təhlükəsizlik qaydasına əməl etmir. Avtomobilin təkəri dönmüş vəziyyətdə olsa da, evakuator sürücüsü onu hərəkətin intensiv olduğu yolda sürüyə-sürüyə aparıb.

Baş vermiş hadisə evakuatorların avtomobil apararkən təhlükəsizlik məsələsini aktuallaşdırır. Nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə avtomobilin cərimə meydançasına belə aparılması heç bir qaydaya uyğun deyil. Bu vəziyyətdə aparılan avtomobil yolda bütün hərəkət iştirakçıları üçün də təhlükə yaradır. Başqa bir məsələ həmin vaxt avtomobilə ziyanın dəyməsidir. Ərşad Hüseynovun sözlərinə görə dəyən ziyanı, evakuatorla avtomobili aparan idarənin məsul şəxsləri ödəməlidir.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin mövqeyini öyrənmək istəsək də buna nail ola bilmədik.
 
BAKU.WS