SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərdə olan prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyə prezidentinin qonağı olub.
 
 
BAKU.WS-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sammitdə iştirak edən dövlət və hökumət başçılarını Atatürkdən yadigar qalan "Savarona" yaxtasında qəbul edib. 

"Savarona" yaxtasında qonaqların şərəfinə ziyafət verən Ərdoğanın dəvətinə Azərbaycan prezidenti İlham Əliyev və xanımı, İƏT baş katibi İyad bin Emin Madani, Bəhreyn, Əfqanıstan, Malayziya, Kamerun, Livan, İordaniya, Özbəkistan, Əlcəzair, Qətər, Livya, Bosniya və Herseqovina, Belarus, Yəmən, Fil Dişi Sahili, Pakistan, Qvineya və Fələstinin dövlət başçıları və nümayəndələri qatılıb. 

Kuruçeşmedən başlayan yaxta səfəri təxminən 2 saat 15 dəqiqə davam edib.
 
Dövlət başçılarının dəniz səfərini fotolarını təqdim edirik: 
 
BAKU.WS