UFC döyüşçüsü Parisdəki qələbəsindən sonra Makronu təhqir etdi

UFC döyüşçüsü Parisdəki qələbəsindən sonra Makronu təhqir etdi
İdman 19

Braziliyalı Qarışıq Döyüş Növləri (UFC) döyüşçüsü Renato Moykano fransalı Benoit Sen-Denini məğlub etdikdən sonra Fransa Prezidenti Emmanuel Makrona müraciət edib.

BAKU.WS Oxu.az-istinadən xəbər verir ki, bu barədə "Sport Express" məlumat yayıb.

"Makrona lənət olsun! Bütün bu qlobalist əclaflara lənət olsun. Onlar siyasi və korrupsiya proqramını irəli sürməyə çalışırlar", - döyüşdən sonrakı müsahibə zamanı o bildirib.

Qeyd edək ki, döyüş sentyabrın 28-dən 29-na keçən gecə Parisdə "UFC Fight Night 243" turnirində baş tutub. Moykano ikinci raundda texniki nokautla qalib gəlib.

Son xəbərlər