SİZİN REKLAM BURADA!
055 213 76 73


Uruqvaylı futbolçu Luis Suares "Barselona"nın heyətini tərk edib.

BAKU.WS xəbər verir ki, futbol dünyasının ən tanınmış simalarından olan oyuncu bundan sonra karyerasını Madridin "Atletiko"sunda davam etdirəcək. 

Məlumata görə, adıçəkilən klub Suares üçün 6 milyon avro ödəyib. Hələlik futbolçunun klubla müqaviləsinin müddəti haqqında açıqlama verilməyib. 

Xatırladaq ki, Suares 2014-cü ildən "Barselona"nın şərəfini qoruyub. O ümumilikdə 283 matçda stadiona çıxıb.

BAKU.WS