İngiltərənin "Mançester Siti" klubu yeni transferlə ilin rekordunu qırıb.

BAKU.WS məlumat verir ki, klub prezidenti Şeyx Mansur İbn Zayed El Nahya ingilis futbol klubuna belçikalı futbolçu Kevin De Bruyneni transfer edib. Futbolçunun kluba transferi nə az nə çox 80 milyon avroya başa gəlib. Bununla da "Mançester Siti" bu ilin transfer rekordunu qırıb.

"Mançester Siti" 2008-ci ildə Şeyx Mansur İbn Zayedə satıldıqdan sonra dünya futbol arenasında liderlik edən klublarının siyahısına düşüb. Kevin De Bruyne "Wolfsburq" klubunda 51 oyuna çıxıb. Bu müddət ərzində o 16 qol vurub və 28 məhsuldar ötürmə edib.

Xatırladaq ki, "Mançester Siti" bundan əvvəl də komandasına "Liverpul"dan Rahim Sterlinqi və "Valensiya"dan Nikolas Otamendini transfer etmişdi.
 
Ayşən Ayxan 
BAKU.WS