SİZİN REKLAM BURADA!
055 213 76 73


Avrokubokların hazırlıqlarını davam etdirən Azərbaycan klublarının iştirakı ilə daha bir matç bu gün keçirilib.

BAKU.WS-in məlumatına görə, Qəbələdə təlim-məşq toplanışında olan “Qarabağ”la “Keşlə” yoxlama oyununda üz-üzə gəlib.

Ötən mövsümün qızıl və bürünc mükafatçıları hazırlıq dövründə ikinci dəfə görüşəcək. İlk matçda 3:1 hesabı ilə qalib gələn ağdamlılar bu dəfə də meydanı qələbə ilə tərk edib. Qurban Qurbanovun yetirmələri rəqibini dörd cavabsız qolla məğlubiyyətə uğradıb.

Qeyd edək ki, “Keşlə” bunadək “Qarabağ” (1:3), “Zirə” (1:0) və “Səbail”lə qarşılaşıbsa, “Qarabağ” “Keşlə” (3:1), “Sabah” (1:2) “Neftçi” (1:0) ilə görüşüb.


BAKU.WS