VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kriştiano Ronaldo həmin zərbəni görsəydi, bəlkə, mənim üçün təyyarə göndərərdi ki, bu zərbəni necə vurmağımı ona öyrədim".

BAKU.WS xəbər verir ki, bu sözləri "Neftçi"nin kapitanı Emin Mahmudov "İbrakadabra" "YouTube" kanalına müsahibəsində bildirib.

O, qeyd edib ki, məlum hadisə "Spartak"da çıxış edərkən 2012-ci il noyabrın 20-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin "Barselona" ilə Moskvada keçirilmiş oyunun fasiləsində baş verib:

"Qapıya cərimə zərbəsindən zərbə vurdum. Qapıçı Çernişuk sonra mənə dedi ki, Xavi Ernandes sənin zərbəni bəyəndi. Mənim zərbəmdən sonra Xavi şoka düşmüşdü. Açığı, özüm də şokda idim. Kriştiano Ronaldo həmin zərbəni görsəydi, bəlkə, mənim üçün təyyarə göndərərdi ki, bu zərbəni necə vurmağımı ona öyrədim".

BAKU.WS
VİDEO