İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb. 

BAKU.WS xəbər verir ki, püşk "Real" və "Bavariya"nın üzünə gülüb. Belə ki, hər iki klub bu mərhələdə nəhənglərlə qarşılaşmayacaq. "Kral klubu" "Volfsburq", "Bavariya" isə "Benfika" ilə üz-üzə gələcək.

"Barselona" isə İspaniyanın digər təmsilçisi "Atletiko"yla qarşılaşacaq. İngiltərənin Çempionlar Liqasındakı yeganə təmsilçisi "Mançester Siti"nin bəxtinə isə PSJ çıxıb.  

1/4 final mərhələsinin ilk oyunları aprelin 5-6-da, cavab matçları isə 12-13-də keçiriləcək.

Çempionlar Liqası, 1/4 final
Volfsburq (Almaniya) - Real (İspaniya)
Bavariya (Almaniya) - Benfika (Portuqaliya)
Barselona (İspaniya) - Atletiko (İspaniya)
PSJ (Fransa) - Mançester Siti (İngiltərə)
 
BAKU.WS