VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Formula-1” üzrə dünya çempionatının Monakoda keçiriləcək növbəti mərhələsinin tarixi müəyyənləşib.

BAKU.WS Apasport-a istinadən xəbər verir ki, bunu Monako Avtomobil Klubu açıqlayıb.

Koronavirus pandemiyası səbəbindən 2020-ci ildəki yarışın ləğv olunduğu “Knyazlıq”da növbəti mərhələ 2021-ci il mayın 20-23-dək baş tutacaq. “Cırtdan ölkə” gələn il daha iki yarışı qəbul etməyi planlaşdırır. Aprelin 23-25-də retro avtomobillərin qatılacağı Monako Qran-Prisi, mayın 8-də “Formula-E”nin mərhələsi baş tutacaq.

Qeyd edək ki, Monte-Karloda ilk avtomobil yarışı 1929-cu ildə təşkil olunub. “Knyazlıq” 1950-ci il və 1955-ci ildən indiyədək “Formula-1” yarışlarını qəbul edir.

BAKU.WS