VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyası səbəbindən Avropada dayandırılan 53 ölkə çempionatının aqibəti bir-bir bəlli olur.

BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, artıq sabah Almaniya Bundesliqasında mübarizə bərpa olunacaq.

Almanlarla yanaşı, daha bir neçə ölkə hazırkı duruma əsasən, bərpa tarixini müəyyənləşdirib. Ümumilikdə 28 liqanın konkret bərpa günü təyin olunub. Hər şey plana uyğun şəkildə gedərsə, may ayında 11 ölkədə çempionat qaldığı yerdən davam edəcək. 17 çempionatın isə iyunda bərpa olunması planlaşdırılıb.

Azərbaycan Premyer Liqası da daxil olmaqla 19 ölkədə hələ də qeyri-müəyyənlik hökm sürür. Fransa, Cəbəllütariq, Niderland və Lüksemburqda mövsüm artıq başa çatdırılıb. Belçika və Farer adaları da tezliklə bu addıma əl atmağa hazırlaşır.

Hazırda Avropada yalnız Belarusda mövsüm davam edir. Lakin bu ölkədə koronavirusun yayılma sürəti artdığından çempionatın dayandırılması istisna olunmur.

Qeyd edək ki, Avropada yalnız Lixtenşteyndə ölkə çempionatı keçirilmir.

Çempionatların təxmini bərpa tarixi:

Almaniya - 16 may

Macarıstan - 23 may

Çexiya - 23 may

Danimarka - 28 may

Avstriya - 29 may

Polşa - 29 may

Xorvatiya - 30 may

İsrail - 30 may

Litva - 30 may

Ukrayna - 30 may

Serbiya - 30 may

Monteneqro - 1 iyun

Albaniya - 3 iyun

Portuqaliya - 4 iyun

Slovakiya - 6 iyun

Sloveniya - 6 iyun

İsveçrə - 8 iyun

Türkiyə - 12 iyun

İngiltərə - 12 iyun

İslandiya - 13 iyun

İtaliya - 13 iyun

Yunanıstan - 14 iyun

İsveç - 14 iyun

Norveç - 16 iyun

Finlandiya - 17 iyun

Bolqarıstan - 5 və ya 12 iyun

İspaniya - 12 və ya 19 iyun

Rusiya - 21 iyun

Belarus – dayandırıla bilər

Azərbaycan - qeyri-müəyyən

Andorra – qeyri-müəyyən

Ermənistan - qeyri-müəyyən

Bosniya və Herseqovina - qeyri-müəyyən

Qazaxıstan - qeyri-müəyyən

Kipr - qeyri-müəyyən

Şotlandiya - qeyri-müəyyən

Estoniya - qeyri-müəyyən

Gürcüstan - qeyri-müəyyən

İrlandiya - qeyri-müəyyən

Şimali İrlandiya - qeyri-müəyyən

Kosovo - qeyri-müəyyən

Latviya - qeyri-müəyyən

Şimali Makedoniya - qeyri-müəyyən

Malta - qeyri-müəyyən

Moldova - qeyri-müəyyən

Uels - qeyri-müəyyən

Rumıniya - qeyri-müəyyən

San Marino - qeyri-müəyyən

Belçika – başa çatmaq üzrədir

Farer adaları - başa çatmaq üzrədir

Fransa – başa çatıb

Cəbəllütariq - başa çatıb

Niderland – başa çatıb

Lüksemburq – başa çatıb

BAKU.WS