SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyənin "Qalatasaray" klubunun yeni baş bəşqçisinin adına aydınlıq gəlib.
 
BAKU.WS-in məlumatına görə, klubun rəsmi saytında yayımlanan məlumatda yeni baş məşqçinin Jan Olde Riekerink olduğu bildirilib. 
 
Klubun İdarə heyətinin iclasında qəbul olunan qərara görə, "Qalatasaray" klubunu 2015-2016 mövsümünün sonuna qədər klubda aşağı yaş qrupları üzrə mütəxəssis kimi işləmiş Jan Olde Riekerink çalışdıracaq. 
 
Qeyd edək ki, 53 yaşlı baş məşqçi ilk sınağına martın 20-də "Fənərbağça" derbisi ilə çıxacaq.

Şahin Həbibov
BAKU.WS