SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İspaniya Liqasının 29-cu həftəsində "Barselona" öz evində "Xetafe"ni qonaq edib.
 
BAKU.WS-in məlumatına görə, kataloniyalılar qonaq komandanı Nou Kampa çıxdığına peşman edib. 6-0 hesabı ilə başa çatan qarşılaşmada tarixi hadisə də baş verib.
 
Belə ki, türk futblçu Arda Turan doğma meydançada ilk qolunu vurub. Arda qarşılaşmanın 57-ci dəqiqəsində atdığı möhtəşəm qoldan sonra səcdə edib.
 
Ardanın başı üzərindən arxaya doğru vurduğu estetik qol azarkeşlər tərəfindən alqışla qarşılanıb. Bununla yanaşı, Arda Messinin ilk qolunda də pası verən futbolçu olub. 
 
BAKU.WS